Xəzər Xəbər

Avtobus qəzaya düşdü, çox sayda yaralı var FOTO/VİDEO

Veb TV | 20:09 • 1 Noyabr 2023
Avtobus qəzaya düşdü, çox sayda yaralı var

Qax şəhərində avtomobilin traktorla torruşması ölümlə nəticələnib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Qax şəhəri,  Heydər Əliyev prospektində baş verib.

Rayon sakini Səbuhi Poladovun idarə etdiyi avtomobil yolun kənarında dayanmış traktora çırpılaraq aşıb.

Qəza zamanı avtomobildə olan sərnişin, 48 yaşlı Coşqun  Qocayev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü Səbuhi Poladov isə ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Ucarda da yol - nəqliyyat hadisəsi olub. Bakı - Qazax magistralının Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində 2 yük avtomobilinin toqquşduğu ərazidə daha bir qəza baş verib. Gəncə istiqamətində hərəkətdə olan mikroavtobus qəza törədən yük avtomobillərinə görə sürəti azaldıb. Arxadan gələn digər avtobus həmin mikroavtobusa çırpılıb.

Nəticədə 16 nəfər xəsarət alıb. Onlar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Zərərçəkənlərə zəruri tibbi yardım göstərilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar