Xəzər Xəbər

Şəkər xəstələrinə pulsuz verilən dərman vasitələrinin sayı artırılacaq VİDEO

"Bu xəstəliyin müalicəsi üçün dövlət büdcəsindən daha çox vəsaitin ayrılmasına ehtiyac var"
Veb TV | 20:24 • 1 Noyabr 2023
Şəkər xəstələrinə pulsuz verilən dərman vasitələrinin sayı artırılacaq

Azərbaycanda şəkərli diabet xəstələrinin sayı 3 dəfəyə yaxın artıb.

Xezerxeber.az-ın məlumatına görə, 2010-cu ildə şəkər xəstəliyindən əziyyət çəkənlərin sayı 120 min olduğu halda, hazırda qeydiyyatda 320 mindən çox xəstə var.

Bu rəqəm Dövlət Statistika Komitəsinin məlumatında əksini tapıb.

Mövzu ilə bağlı danışan millət vəkili Rəşad Mahmudov bildirib ki, şəkərli diabet son dövrlər bütün dünyada ciddi problemə çevrilib.

Onun sözlərinə görə, bu xəstəliyin müalicəsinə ciddi yanaşmaq lazımdır. Əks halda, ağır fəsadlara yol aça bilər.

Rəşad Mahmudov deyib ki, bəzi dərmanlarin şəkər xəstələri üçün əlçatan olmaması bu sahədə effektiv nəticə əldə etməyi çətinləşdirir. Onun sözlərinə görə, gələcəkdə sözügedən xəstəlikdən əziyyət çəkən şəxslərə pulsuz verilən dərman vasitələrinin sayının çoxaldılması nəzərdə tutulur.

Millət vəkili əlavə edib ki, dərmanların qiymətinin artması, eləcə də ölkəmizdə şəkər xəstələrinin son illərdə dəfələrlə çoxalması səbəbindən bu xəstəliyin müalicəsi üçün dövlət büdcəsindən daha çox vəsaitin ayrılmasına ehtiyac var.

Rəşad Mahmudov onu da bildirib ki, Milli Məclisdə büdcə müzakirələri zamanı bu məsələyə toxunulacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar