Xəzər Xəbər

Məhkəmədə Vaqif Xaçatryanın törətdiyi dəhşətli cinayətlər açıqlanıb VİDEO

Zərərçəkmiş şəxslər məhkəmədə ifadə veriblər
Veb TV | 21:00 • 1 Noyabr 2023
Məhkəmədə Vaqif Xaçatryanın törətdiyi dəhşətli cinayətlər açıqlanıb

Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Xezerxeber.az-ın məlumatına görə, prosesdə zərərçəkmiş şəxslər ifadə veriblər.

Onlar özlərinin və yaxınlarının başlarına gətirilənləri hakim qarşısında dilə gətiriblər.

Zərərçəkmiş Salman Rəhimov deyib ki, Meşəli kəndinə hücum zamanı özü və bacısı yaralanıb, nənəsi isə öldürülüb.

Tərkibində Vaqif Xaçatryanın da olduğu silahlı dəstələrin Meşəli kənd sakini Əli Behbudovun yaxınlarını da qətlə yetirdiyi bildirilib.

Zərərçəkmiş Əli Mehrəliyev isə istintaqa ifadəsində bildirib ki, gözünün qarşısında iki qadının meyitini yandırıblar.

Həmçinin kəndə hücum zamanı atası və dayısı oğlu güllələnərək öldürülüb.

Məhkəmənin növbəti iclası noyabrın 6-na təyin edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar