Xəzər Xəbər

Xankəndidə təhsil müəssisələrinin fəaliyyəti bərpa ediləcək VİDEO

Veb TV | 21:17 • 1 Noyabr 2023
Xankəndidə təhsil müəssisələrinin fəaliyyəti bərpa ediləcək

''Əminəm ki, ən qısa zamanda Xankəndidə təhsil müəssisələri öz fəaliyyətini bərpa edəcək''.

 

Xezerxeber.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev bildirib.

O, bu məsələdə dəqiq tarix deməyin hələ tez olduğunu vurğulayıb.

Nazir keçmiş məcburi köçkünlərin təhsil aldığı müəssisələrin taleyinə aydınlıq gətirərək, bu məsələdə iki variantın mövcud olduğunu bildirib.

Bu arada, bu gün Təhsilin İnkişafı Forumu keçirilib.

"İnnovasiya ekosisteminin yaradılması", "Universitet - sənaye tərəfdaşlığı", "Gələcək üçün təhsil" panellərindən ibarət  forumda təhsil və iqtisadiyyatın inteqrasiyası, təhsil və əmək bazarı, əmək bazarının dəyişən tələbləri, süni intellekt və təhsil və bir sıra mövzular müzakirə edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar