Xəzər Xəbər

Yumruqla qonşusunu öldürdü VİDEO

Sayruz Səttarov şübhəli şəxs qismində saxlanıb
Veb TV | 19:50 • 1 Noyabr 2023
Yumruqla qonşusunu öldürdü

Qonşular arasındakı dava ağır cinayətə səbəb olub.

Xezerxeber.az-ın məlumatına görə, bir nəfərin ölümü ilə nəticələnən cinayət paytaxtın Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsində baş verib.

Nəsimi Rayon Prokurorluğundan verilən məlumata görə, 54 yaşlı Sayruz Səttarov qonşuları, 64 yaşlı Marina Çabanova və onun qızı 36 yaşlı Nərminə Vəliyeva ilə mübahisə edib.

Porkurorluğun məlumatına görə, oktyabrın 30-u saat 23 radələrində 1969-cu il təvəllüdlü Səttərov Sayruz Hidayət oğlu mübahisə nəticəsində qonşuları - Ağadadaş Qurbanov küçəsi 21 ünvanında kirayədə yaşayan 1959-cu il təvəllüdlü Çabanova Marina Yevgenyevna və 1987-ci il təvəllüdlü qızı Vəliyeva Nərminə Mayis qızının sifət nahiyəsinə yumruqla zərbələr endirib. Zərbələrin təsirindən M.Çabanova huşunu itirib. O, oktyabrın 31-i saat 09 radələrində ayılıb və qızını yataq otağında döşəmənin üzərində ölmüş vəziyyətdə aşkar edib. Qonşuların sözlərinə görə, həmin şəxslər tüfeyli həyat tərzi keçirirmişlər.

Hadisəni törətməkdə şübhəli bilinən Sayruz Səttarov şübhəli şəxs qismində saxlanıb.

Faktla bağlı onun barəsində ''qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda'' maddəsilə cinayət işi başlanıb.

Hazırda ibtidai istintaq davam edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar