Xəzər Xəbər

"Poçt bağlaması" adı ilə pulunu ələ keçirdilər FOTO/VİDEO

Bakı sakini dələduzluğun qurbanı olub
Veb TV | 19:34 • 1 Noyabr 2023
"Poçt bağlaması" adı ilə pulunu ələ keçirdilər

"Bağlamanız anbara daxil olub, lakin ünvan məlumatı natamam olduğu üçün çatdırıla bilmədi. Lütfən, linkdə ünvanınızı təstiqləyin".

Xezerxeber.az-ın məlumatına görə, son günlərdə bəzi şəxslərə "Azərpoçt"un adından bu cür mesajlar göndərilir. Sonra isə həmin keçidə daxil olan şəxslərin kart hesabları istənilir və dələduzluq əməli törədilir.

Paytaxt sakini Fuad Soltanlı da belə dələduzluğun qurbanlarından biridir.

Müsahibimiz bildirir ki, sifariş verdiyi məhsulun gəldiyini zənn edərək göndərilən mesaja reaksiya verib.

Bundan sonra onun bank kartındakı pullar qəfildən yoxa çıxıb.

Məsələ ilə bağlı "Azərpoçt" MMC-nin şöbə müdiri Afaq İbrahimova bildirilib ki, bu cür hadisələrlə bağlı təkcə şənbə və bazar günlərində quruma 100-dən artıq müraciət daxil olub.

"Azərpoçt" rəsmisi qeyd edib ki, vətəndaşlar hər hansı bir şübhəli mesajla qarşılaşdıqları halda, "169" çağrı mərkəzi və sosial şəbəkə hesabları vasitəsilə quruma müraciət etsinlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Rubrikanın digər xəbərləri

Xəbər lenti