Xəzər Xəbər

"Xaçatryan bütün cinayət əməllərinin əsas təşkilatçısı və iştirakçısı olub" VİDEO

Veb TV | 11:44 • 1 Noyabr 2023
"Xaçatryan bütün cinayət əməllərinin əsas təşkilatçısı və iştirakçısı olub"

Meşəli kəndində yatdığımız yerdə ermənilər hücum etdilər, ayağımdan güllə yarası aldım. Ondan sonra ermənilərin kəndi yandırmasının, günahsız insanların qətlə yetirilməsinin şahidi oldum.

Bunu qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin bu gün cinayət işi üzrə məhkəmənin növbəti iclasında zərərçəkmiş Salman Rəhimov deyib.

O qeyd edib ki, kənd camaatı deyirdi ki, V.Xaçaturyan bu cinayət əməllərinin təşkilatçısı və iştirakçısı olub.

“V.Xaçaturyan bütün cinayət əməllərinin əsas təşkilatçısı və iştirakçısı olub. Mən xahiş edirəm, bu adama ömürlük həbs cəzası verilsin”, - deyə o qeyd edib. 

Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb. (trend)

Rubrikanın digər xəbərləri

Xəbər lenti