Xəzər Xəbər

FHN Biləcəri və Gəncədə qanunsuz tikintini DAYANDIRDI VİDEO

Veb TV | 10:40 • 1 Noyabr 2023
FHN Biləcəri və Gəncədə qanunsuz tikintini DAYANDIRDI

Fövqəladə Hallar Nazirliyi tərəfindən qanunsuz tikinti işlərinin qarşısı alınıb.

Xezerxeber.az Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Belə ki, Bakı şəhərinin Binəqədi rayonu, Biləcəri qəsəbəsi və Gəncə şəhəri ərazisində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müvafiq yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb.

Xəbər lenti

Çox oxunanlar