Xəzər Xəbər

Masazırda qətlə yetirilən pakistanlılar barədə TƏFƏRRÜAT VİDEO

Veb TV | 21:21 • 31 Oktyabr 2023
Masazırda qətlə yetirilən pakistanlılar barədə TƏFƏRRÜAT

Abşeronda iki Pakistan vətəndaşı bıçaqlanıb.

Xezerxeber.az xəbər verir ki, qanlı hadisə Masazır kəndində baş verib.

Hadisə yerinə Abşeron rayon Polis İdarəsinin və Prokurorluğun əməkdaşları cəlb edilib.

Rayon Prokurorluğundan verilən məlumata görə, ilkin araşdırma zamanı Pakistan  vətəndaşı Asad Şabbir Ahmadın   Masazırda yerləşən mənzillərdən birində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla 1 nəfər soydaşına müxtəlif xəsarətlər yetirməsinə, digərini isə öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda cinayət işi başlanıb. Hadisəni törətməkdə şübhəli bilinən Asad Şabbir Ahmad tutulub. İbtidai istintaq davam etdirilir.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar