Xəzər Xəbər

Zəfərə aparan günün BAŞLANĞICI VİDEO

Veb TV | 22:00 • 31 Oktyabr 2023
Zəfərə aparan günün BAŞLANĞICI

Bu gün prezident İlham Əliyevin Azərbaycan prezidenti kimi ilk dəfə and içməsindən 20 il ötür.

Xezerxeber.az xəbər verir ki, Azərbaycan xalqı 15 oktyabr tarixində keçirilən prezident seçkilərində  ilk dəfə  İlham Əliyevə səs verdi... Bu həm də Heydər Əliyev siyasətinin davam etdirilməsi istəyi idi. Bu sülhə, əmin-amanlığa, tərəqqiyə, inkişafa, quruculuğa və sabitliyə verilən səs idi....

O xalqı qarşısında verdiyi bütün vədləri və sözləri yerinə yetirdi....Bütün sahələrdə quruculuq işləri aparıldı. Neft sektoru ilə yanaşı, qeyri neft sektoru da inkişaf etdirildi....20 il ərzində onlarla zavod və fabrik istifadəyə verildi....

İlham Əliyev hakimiyyəti illərində iqtisadiyyatın şaxələndirilməsini milli iqtisadiyyat qarşısında əsas çağırış olaraq qoydu....

20 ildə sosial təyinatlı büdcə xərcləri də 20 dəfədən çox artıb...

Bu dövrdə minimum əməkhaqqı 38 dəfə, orta aylıq əməkhaqqı 12 dəfə, minimum pensiya 14 dəfə, orta aylıq pensiya 18 dəfə, yaşa görə orta aylıq pensiya 19 dəfə, əlilliyə görə pensiya 14 dəfə  artıb.

İlk andiçmə mərasimdəki çıxışı zamanı prezident "Azərbaycanın gərək güclü ordusu olsun" fikirlərini səsləndirərək əsas məqsədin torpaqların işğaldan azad olunması olduğunu vurğulamışdı.

Elə dəmir iradədən doğan, ilk dəmir yumruğu da Azərbaycan xalqı 2003-cü ilin 31 oktyabrında gördü....Heç kimdə şübhə yox idi ki, qaldırılan yumruq gec-tez mütləq düşmənin başını əzəcək.

O qisası qiyamətə saxlamadı. İşğalçılardan torpaqlarımızı, Azərbaycan xalqının qatillərindən isə illərin intiqamını aldı.

İlham Əliyev son 200 ildə torpaq itirən Azərbaycan üçün yeni tarix yazaraq, işğal altında olan torpaqlarımızı  azad etdi... Vətən müharibəsində qazanılan qələbə ilə adını tarixin yaddaşına qızıl hərflərlə  həkk etdi... Azərbaycan tarixə həmçinin BMT  qətnamələrini icra edən ölkə kimi düşdü...

O eynilə atası Heydər Əliyev kimi gücünü xalqdan alır... Bütün fəaliyyəti və amalı Azərbaycanın inkişafına, əhalinin sosial rifahının yüksəldilməsinə həsr olunub. Azərbaycan sözü həm, Ulu öndər Heydər Əliyev, həm də onun davamçısı İlham Əliyev üçün ən həssas nöqtədir... İlhamlı 20 ilimiz mübarək olsun....

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar