Xəzər Xəbər

Ödənişli yolda sürət həddi niyə 110 km saatdır? VİDEO

Veb TV | 20:40 • 31 Oktyabr 2023
Ödənişli yolda sürət həddi niyə 110 km saatdır?

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolu ödənişli olduğu halda sürət limiti digərlərindəki kimidir.

Xezerxeber.az xəbər verir ki, dünya təcrübəsinə baxdıqda ödənişli yollarda təyin olunmuş maksimal sürətin digərlərindən yüksək olduğunu görmək mümkündür. Elə qardaş ölkə Türkiyədə maksimal sürət 130 km saat olduğu halda, ödənişli yolda bu 140 km saatdan çoxdur.

Elə isə ödənişli Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunda sürət həddi niyə 110km saat olaraq qalıb?

Nəqliyyat eksperti Elməddin Muradlı deyir ki, yolda yüksək sürət həddinin olması üçün infrastruktur da bu səviyyəyə cavab verməlidir. Yəni yolun keyfiyyətinə və ondan istifadə edən nəqliyyat vastilərinin tam təhlükəsizliyinə əmin olmaq lazımdır. Sonra isə müvafiq qərarla sürət həddinin artırılması təmin edilə bilər.

Elməddin Muradlı bildirib ki, sürət həddinin artırılmasında rol oynayan ikinci amil isə avtomobil parkının hazırki vəziyyətidir. Avtomobil parkı köhnə olan ölkə üçün maksimum sürət həddini artırmaq uğurlu addım olmaz. Çünkü ististmar müddətini başa vurmuş kifayət qədər avtomobil var ki, texniki imkanları hazırda təyin olunmuş sürətə yetmir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar