Xəzər Xəbər

Sədərəkdə avtomobil yanıb VİDEO

Veb TV | 14:30 • 31 Oktyabr 2023
Sədərəkdə avtomobil yanıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu, Sədərək kəndi ərazisində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən Xezerxeber.az-a verilən xəbərə görə, məlumatla əlaqədar Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi Sədərək Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində "Volqa” markalı minik avtomobilinin mühərrik bölməsində baş vermiş yanğın qısa müddətdə söndürülərək avtomobilin digər hissələrinə keçməsinə imkan verilməyib.

Yanğın nəticəsində avtomobilin mühərrik bölməsində bəzi detallar və sürücü panelinin bir qismi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Xəbər lenti

Çox oxunanlar