Xəzər Xəbər

Çexiya prezidenti zabitin papağını yerə saldı VİDEO

Veb TV | 10:33 • 31 Oktyabr 2023
Çexiya prezidenti zabitin papağını yerə saldı

Çexiya Prezidenti Petr Pavel Praqada keçirilən anım tədbiri zamanı təsadüfən zabitin papağını bayraq dirəyi ilə vuraraq yerə salıb. 

BBC xəbər yayıb ki, zabit mərasim zamanı diqqətdə qalıb və heç bir reaksiya verməyib. 

Digər zabitlərdən biri əyilərək papağı götürüb. Pavel isə "X" hesabında paylaşım edərək zabitdən üzr istəyib: "Bu, şübhəsiz ki, standart hərbi prosedura yeni element əlavə etmək cəhdi deyildi. Mən, sadəcə bayraq dirəyinin çəkisini düzgün qiymətləndirməmişdim".

Xəbər lenti

Çox oxunanlar