Xəzər Xəbər

Odlu silahla törədilən cinayətlərin sayı azalıb VİDEO

Veb TV | 21:50 • 30 Oktyabr 2023
Odlu silahla törədilən cinayətlərin sayı azalıb

Bu ilin 9 ayında odlu silahın tətbiqi ilə törədilən cinayətlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə azalıb.

Xezerxeber.az-ın məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev deyib.

Onun sözlərinə görə, bu ilin 9 ayı ərzində ağır və xüsusilə ağır cinayətlər törətmiş 466 nəfərdən ibarət 178 cinayətkar qrup zərərsizləşdirilib. Axtarılan təqsirləndirilən şəxslərin 83,3 faizi tutulub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları qanunsuz silah gəzdirən və ya saxlayan şəxslərə müraciət edərək bildirir ki, həmin silahları özləri yaşadıqları ərazi üzrə polisə təhvil versinlər. Əks halda evindən və ya avtomobilindən silah aşkar edilən şəxslər qanuna uyğun olaraq məsuliyyətə cəlb ediləcəklər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar