Xəzər Xəbər

Borcunu ödəmək üçün oğurluq etdi, tutuldu VİDEO

Əvvəllər məhkum olunmuş şəxs saxlanıldı
Veb TV | 21:11 • 30 Oktyabr 2023
Borcunu ödəmək üçün oğurluq etdi, tutuldu

Tovuzda bir nəfər şəxs borcunu vermək üçün qonşu kənddən oğurluq edib.

Xezerxeber.az-ın məlumatına görə, rayonun Aşağı Quşçu kənd sakini Nizaməddin Tağıyev Azaflı kənd sakini Namiq Qocayevə məxsus tövlədən 26 baş qoyunu gecə saatlarında oğurlayıb.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan “Xəzər Xəbər”ə verilən məlumata görə, oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Nizaməddin Tağıyev maddi sübutlarla birlikdə saxlanılıb.

Araşdrımalar zamanı məlum olub ki, şübhəli şəxs oğurladığı qoyunları qonşusunun həyətində saxlayıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar