Xəzər Xəbər

Üç il sosial yardım almış şəxsə indi niyə imtina cavabı verilir? FOTO/VİDEO

Şamaxı rayon sakini şikayətçidir
Veb TV | 19:50 • 30 Oktyabr 2023
Üç il sosial yardım almış şəxsə indi niyə imtina cavabı verilir?

Əvvəllər 3 il  ünvanlı sosial yardım almış Şamaxı rayon sakininin yenidən etdiyi müraciətinə imtina cavabı verilib.

Xezerxeber.az-ın məlumatına görə, Şamaxı rayon sakini Telman Hacıyev iddia edir ki, ünvanlı sosial yardım almaq üçün bir neçə dəfə müraciət edib, amma müxtəlif bəhanələr gətirilərək təyin edilmir.

Telman Hacıyev deyir ki, sonuncu dəfə imtinaya səbəb kimi yoldaşının adına olan torpaq səhəsi göstərilib. Ona bildirilib ki, torpağın sənədləri məlumat bazasında qeyd edilməyib.

Sənədlərinin qaydasında olduğunu iddia edən Telman Hacıyev müraciətinin yenidən dəqiq araşdırılmasını və buna uyğun qərar verilməsini istəyir.

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdili "Xəzər Xəbər"ə bildirdi ki, vətəndaşın müraciəti yenidən araşdırılacaq.

Qeyd edilib ki, ünvanlı sosial yardımla bağlı daxil olan elektron müraciətlər 15 iş günü müddətində araşdırılaraq cavablandırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti