Xəzər Xəbər

Dəhşətli qətl törədilən yerdən görüntülər - iki nəfər öldürülüb, 4 nəfəri isə yaralıdır FOTO/VİDEO

Qətli törədənin anası danışdı
Veb TV | 19:33 • 30 Oktyabr 2023
Dəhşətli qətl törədilən yerdən görüntülər - iki nəfər öldürülüb, 4 nəfəri isə yaralıdır

Sumqayıtda iki nəfəri öldürüb, 4 nəfəri yaralayan şəxs saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Corat qəsəbə sakini 1987-ci il təvəllüdlü  Müşviq Tağıyev saxlanılıb.

Şübhəli kimi saxlanılan şəxsin anası Əntiqə Tağıyeva bildirib ki, polislər gələndə oğlu evdə olmayıb.

O, oğlu ilə bağlı məlumatları polis həyətə gələndə öyrənib.

Verilən məlumata görə, Müşviq Tağıyev qəsəbə ərazisində saxlanıb. 

Yaralıların yerləşdirildiyi Sumqayıt Tibb Mərkəzindən verilən məlumata görə, Təcili Tibbi Yardım Xəstəxanasında müalicəsi davam etdirilən 65 yaşlı Mehman Sarıyev Reanimasiya şöbəsindən Cərrahiyyə şöbəsinə köçürülüb.

Onun vəziyyəti stabildir. 63 yaşlı Tərlan Fərəcovanın Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir. 33 yaşlı Etibar Sarıyev Travmatologiya şöbəsində müalicə alır, vəziyyəti qənaətbəxşdir.

Ağır yaralanan Serkan Karakaşın isə müalicəsi Bakıda davam etdilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti