Xəzər Xəbər

Azərbaycanın ən iri çayında rusiyalı alimlər tədqiqat aparacaq VİDEO

Veb TV | 22:00 • 29 Oktyabr 2023
Azərbaycanın ən iri çayında rusiyalı alimlər tədqiqat aparacaq

Ölkəmizin şimal-şərqində ən iri çay hesab olunan Samur çayda rusiyalı alimlər tərəfindən tədqiqat aparılacaq.

Xezerxeber.az xəbər verir ki, bir hissəsi iki ölkə sərhədi boyunca axan Samur çayının tədqiqi üçün Rusiya alimlərinin Azərbaycana ilk ekspedisiyası bu ilin dekabrında gözlənilir. Coğrafiya institutunun şöbə müdiri Ənvər Əliyev deyir ki, çayın dərindən öyrənilməsi su ehtiyatlarının qorunması baxımından əhəmiyyətli olacaq.

Ənvər Əliyevin sözlərinə görə, Azərbaycanın təsərrüfatı üçün Samurçayın olduqca böyük əhəmiyyəti var. Ümumi uzunluğu 216 kilomer olan çay 100 min hektardan artıq torpağın suvarılması üçün əsas su mənbəyi sayılır.Təqiqatlardan sonra çayın suyundan daha səmərəli şəkildə istifadə oluna bilər.

Şöbə müdiri bildirib ki, Xəzər dənizində biomüxtəlifliyin qorunması üçün samur çayında araşdırmaların aparılması vacibdir.

Qeyd edək ki, indiyədək alimlər tərəfindən samur çayı hövzəsində ətarflı ekspedisiyalar  aparılmayıb. Birgə tədqiqatlar təkcə Azərbaycan ərazisində deyil, həm də Rusiya ərazisində, Dağıstanda da həyata keçiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti