Xəzər Xəbər

Ağstafada imkanı olmayanlar bu üsulla SU GƏTİRİR VİDEO

Veb TV | 22:32 • 29 Oktyabr 2023
Ağstafada imkanı olmayanlar bu üsulla SU GƏTİRİR

Pulu olan avtomobillərlə, olmayanlar da uzunqulaq və atlarla kəndin müxtəlif yerlərindən içməli su gətirirlər. Tək yaşayan ahıl və tənha insanlar da qonşuların ümidinə qalırlar.

Xezerxeber.az xəbər verir ki, mövcud vəziyyət Ağstafa rayonunun Pirili kəndində hökm sürür.

Sakinlər bildirir ki, yüzə yaxın evi içməli su ilə təmin edən artezian bir neçə aydır ki, işləmir. 

Onların sözlərinə görə, məsələynən bağlı aidiyyəti üzrə müraciət ediblər. Lakin problem hələ də qalmaqdadır.

Məsələ ilə bağlı Ağstafa Suvarma Sistemləri İdarəsi ilə əlaqə saxladıq. İdarənin rəisi Qabil Məmmədov “Xəzər Xəbər”ə açıqlamasında bildirib ki, bir həftə ərzində artezian quyusunda mövcud çatışmazlıq aradan qaldırılacaq və sakinlər içməli su ilə təmin olunacaq. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: 

Xəbər lenti