Xəzər Xəbər

Türkiyə və Azərbaycan yeni əsrə BÖYÜK QÜRURLA qədəm qoyur VİDEO

Veb TV | 20:55 • 29 Oktyabr 2023
Türkiyə və Azərbaycan yeni əsrə BÖYÜK QÜRURLA  qədəm qoyur

Tarixin 1923 ci ili….Məhz bu gün Türkiyyə dövlətində əhəmiyyətli addımlarla yadda qaldı. Dahi şəxsiyyətin atdığı qətiyyətli addım Cümhuriyyətin elan edilməsi ilə türk millətinin tarixində yeni bir dövrün qapıları açıldı. "Hakimiyyət qeyd-şərtsiz millətindir" ifadəsi ən bariz şəkildə dövlət idarəçiliyində öz yerini tutdu.

Cümhuriyyətin elanından sonra ilk Prezident seçilən Mustafa Kamal Paşa Türkiyənin Osmanlı İmperiyasından yeni siyasi rejimə faktiki keçidini şərtləndirən genişmiqyaslı islahatların banisidir.

Yarandığı gündən ədaləti, demokratiyanı, insan hüquqlarını və bərabərliyi özünə rəhbər tutan Türkiyə dövləti təhsil, nəqliyyat, idman, infrastruktur, mədəniyyət kimi müasir dünyanın ehtiyaclarına cavab verən bütün sahələri sürətli inkişaf etdirməyə çalışır. Qazi Mustafa Kamal Atatürkün başlatdığı bu inkişaf yolu sonralar uğurla davam etdirilir .

Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyində Türkiyədə sənaye, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə, infrastruktur, turizm, idman və bu kimi bir çox sahələr üzrə ilklərə, nəhəng layihələrə imzalar atılıb. Bütün bunlarla yanaşı, ötən yüz ildə ölkə hərbi çevrilişlər, terror, iqtisadi böhranlar, xarici borclar, təbii fəlakətlər kimi bir çox imtahanlardan keçib. Böyük mübarizələrlə ötən bu bir əsrin tamamında, bu gün Türkiyə dünyanın ən qabaqcıl ölkələrindən birinə çevrilib.

Millət vəkili Rasim Musabəyov bildirib ki,  tarixin müxtəlif sınaqlarında bu iki ölkənin qarşısına çıxan maneələrdə bir-birilərinə dəstək olmaları, bu çətinliklər qarşısında daima nümayiş etdirdikləri məğrur, sarsılmaz mövqe əsrlərə arxalanan Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsidir.

Türkiyə Cümhuriyyəti ilə bağlanan ikitərəfli müqavilələr, beynəlxalq aləmdə iki dövlətin birgə səylərinin bariz nümunəsi olan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəməri   və bunun kimi bir çox nəhəg layihələrə baxdıqda, hər sahə üzrə inkişafını tam sürətlə davam etdirən və iri addımlarla yeni hədəflərə doğru irəliləyən qardaş ölkə Türkiyə və Azərbaycan bu gün yeni əsrinə böyük qürurla qədəm qoyur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti