Xəzər Xəbər

AĞIR QƏZA 3 nəfəri qurban etdi VİDEO

Veb TV | 22:30 • 29 Oktyabr 2023
AĞIR QƏZA 3 nəfəri qurban etdi

Ağır qəza 3 nəfəri qurban etdi

Kürdəmirdə ağır yol qəzası baş verib.

Xezerxeber.az xəbər verir ki, yol nəqliyyat hadisəsi gecə saatlarında Ağsu-Kürdəmir-İmişli yolunun 33-cü kilometirliyində rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində sərnişinlər- Zzamiq Cəbrayılov və Hamlet İsmayılov hadisə yerində, sürücülərdən biri Fariz Əmrahov xəstəxanda dünyasını dəyişib.

2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq kürdəmir rayon mərkəzi xəstəxanasına çatdırılıb. yaralıların vəziyyəti ağır olduğundan onlar bakıya göndərilib.

Şəkidə isə traktorla minik avtomobili toqquşub. Hadisə rayonun Aşağı Küngüt kəndi ərazisində sərt döngədə baş verib. 58 yaşlı Əsgər Vahabovun idarə etdiyi traktorla Sahib Əhmədovun idarə etdiyi avtomobil toqquşub. Zərbənin təsirindən traktorun təkəri qırılıb və nəqliyyat vasitəsi aşıb. Sürücü onun altında qalıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti