Astarada qətl törədilib.
Xezerxeber.az xəbər verir ki, hadisə səhər saatlarında rayonun Pəlikeş kəndində baş verib
Kənd sakini 40 yaşlı Burhan Vahabovun ov tüfəngindən açılan atəş nəticəsində öldürülməsi barədə Polisə məlumat daxil olub. Hüquq- mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb edilib, istintaqa lazım olan maddi sübutlar götürülüb.
Qətldə şübhəli bilinən kənd sakini 18 yaşlı Pərviz Əhmədov polisə təslim olub.
İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib. İddia edilir ki, o, atasının qisasını almaq üçün belə qərara gəlib.
Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Qeyd edək ki, mərhum və hadisəni törətməkdə şübhəli bilinən şəxs yaxın qohumdurlar. Astara rayon rayon prokurorluğundan bildirilib ki, faktla bağlı cinayət işi başlanıb, Pərviz Əhmədov şübhəli şəxs qismində tutulub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: