Azərbaycanda ilk dəfə musiqi forumu keçirildi .
Xezerxeber.az xəbər verir ki, "Gülüstan" Sarayındakı forumun açılış mərasimində Milli Məclisin deputatları, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Mədəniyyət Naziyi Adil Kərimli Ulu Öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinə, musiqisinə qayğısından danışıb. Nazir qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün musiqi sahəsində çalışan əməkdaşların sosial durumunun yaxşılaşdırılması kimi məsələlər öz həllini tapmaqdadır. Məhz Dövlət başçısının məqsədyönlü siyasəti nəticəsində Azərbaycan mədəniyyəti yeni mərhələyə qədəm qoyub.
Adil Kərimli bildirib ki, forumda səsləndirilən fikir və təkliflərin hər biri dəyərləndiriləcək.
Bəstəkarlar ittifaqının sədri Xalq artisti Firəngiz Əlizadə deyib ki, yeni irihəcmli əsərlərə, akademik səviyyəli ciddi musiqilərə ehtiyac var.
Forumda həm orta, həm də ali musiqi təhsili ilə bağlı problemlər və bu problemlərdən çıxış yolları müzakirə edilib.
Qeyd edək ki, Mütəxəssislərin forum çərçivəsindəki fikir və təklifləri ümumiləşdirilərək "Azərbaycan mədəniyyəti - 2040" Konsepsiyasında əksini tapacaq. Musiqi Forumu oktyabrın 31-dək davam edəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: