Xəzər Xəbər

"Az Parkinq" parklanma proqramından NARAZILIQ VİDEO

Veb TV | 21:00 • 28 Oktyabr 2023
"Az Parkinq" parklanma proqramından NARAZILIQ

''Az-Parkinq'' proqramının  istifadəyə  verilməsindən narazı olan sürücülər  var.

Xezerxeber.az-ın xəbərinə görə,  onlar deyir ki, 1 saat bitdikdən sonra əlavə 1 dəqiqə belə avtomobil parkinqdə qalsa, tam  saatın ödənişini edirlər.

Müsahibədən də aydın olur ki, ödənişli parklanma yerlərində avtomobil saxlayan sürücüləri narahat edən bir məsələ var. O da ikinci saata 1 dəqiqə keçsə belə, ''Azparkinq'' xidmətinin balansadan tam saatın ödənişini çıxmasıdır. Yəni parkinqdə 1 saat 1 dəqiqə avtomobil saxlayan sürücücü 2 saatın ödənişini etməli olur.

Sürücülər proqramın təkmilləşməyə ehtiyacının olduğunu deyirlər. Onlar 1 saatın ödənişini deyil, saxladıqları hər dəqiqənin ödənişini etməyi daha məqsədəuyğun sayırlar.

Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyir ki, parklanmada bəzi məsələlər sürücülərə uyğun şəkildə həll edilməlidir. Ekspert hər növbəti saatda sürücülərə müəyyən güzəşt vaxtının tanınmasını təklif edir.

Ekspert təklif edir ki, əgər güzəşt müddəti verilmirsə, ən azından sürücülər növbəti saatda tam deyil, avtomoilin parkınqdə dayandığı dəqiqələrin ödənişini etsinlər.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, bu qaydaları Nazirlər Kabineti təsdiqləyib. Qəbul edilən qaydalar həm tariflərin özünü, həm də şəhərin tarif zonalarını müəyyən edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti