Kanada da Fransa kimi açıq ermənipərəst mövqe nümayiş etdirir.
Kanadanı xarici işlər naziri Melani Colinin Ermənistana səfəri zamanı Azərbaycana qarşı əsassız ittihamlar səsləndirməsi, bu da azmış kimi Bakını sanksiyalarla hədələməsi sözün əsl mənasında həddi aşmaqdır".
Xezerxeber.az xəbər verir ki, bu fikirləri politoloq Zaur Məmmədov söyləyib. Politoloq deyir ki, Kanadanın xarici işlər naziri bu hərəkətləri ilə həddini aşıb. O, heç bir dəlil olmadan Azərbaycanı etnik təmizləmədə günahlandıra bilməz.
Zaur Məmmədov deyir ki, Kanada rəsmisinin bu hərəkətləri onların Azərbaycandakı şirkətlərinin fəaliyyətini sual altında qoyur. Çünkü bu gün Azərbaycanın nə Kanadaya, nə də onun şirkətlərinə ehtiyacı var.
İşğal dövründə susan bir ölkə indi Azərbaycanı əsassız iddialarla günahlandıra bilməz. Xüsusilə bu ölkənin siyasi xəttində Fransa təsiri ciddi şəkildə özünü göstərir. Həmçinin erməni lobbiçiliyi də Kanada da olduqca güclüdür. Yarandığı gündən indiyədək müstəqil xarici siyasəti olmayan Kanadanın missiyası həm də Vaşinqtondan gələn göstərişləri qeyd-şərtsiz icra etməkdir.
Kanadalı nazirin cəfəng fikirləri bir daha göstərir ki, onun adi coğrafi və siyasi bilikləri belə yoxdur. Əks halda o, Azərbaycanın əhəmiyyətini anlayardı.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: