Ölkədə uşaqların internat tipli məktəblərə göndərilməsi halları artıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin açıqlamasına görə, 2021-ci ildə 9 960, 2022-ci ildə isə 10 062 şagird bu tip məktəblərə göndərilib.
Xezerxeber.az-ın xəbərinə görə, sosial- iqtisadi motivlərlə əlaqələndirən sosioloq Naib Niftəliyev bildirir ki, valideynlərin bu tipli məktəblərə müraciət etməsi daha çox nəzarətlə bağlıdır.
Bəzən isə uşaqların internat tipli məktəblərə qoyulmasına səbəb kimi natamam ailə mühitinin olması göstərilir.
Sosioloq bildirir ki, hər bir halda uşağın valideyn himayəsinə və diqqətinə ehtiyacı var. Uşaqları internat tipli ümumtəhsil müəssisələrinə yerləşdirməyin müsbət və mənfi tərəfləri var.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən o da bildirilib ki, məsələ ilə bağlı preventiv tədbirlər görülür. Ancaq buna baxmayaraq bu tipli ümumtəhsil müəsisələrinə uşaqların göndərilməsi halları çoxalır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: