İlin əvvəlində ödəniş edən bəzi tələbələrin pulu geri qaytarılacaq.
Xezerxeber.az xəbər verir ki, ödənişli təhsil alan bəzi tələbələr dövlət sifarişi əsasında oxuyacaqlar.
DİM-in sektor müdiri Xanlar Xanlarzadə bildirib ki, Bu il ali təhsil müəssisələrinin və magistratura və bakalavriat səviyyələrinə qəbul olmaq üçün keçirilən müsabiqələrin nəticələrinə əsasən, müəyyən sayda dövlət sifarişli yerlər istifadə olunmamış qalmışdır. Hər il olduğu kimi, bu il də mərkəz tərəfindən həmin yerlərə əlavə qəbul aparılmışdır.
Xanlar Xanlarzadə bildirib ki, bütün bunların həyata keçirilməsində məqsəd optimallaşdırmanın aparılmasıdır.
Proses yalnız 2023/2024-cü tədris ilini əhatə edir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: