70 qəpiyə olan zavod çörəyinin qiyməti əvvəlcə 65, sonra 60 indi isə 55 qəpiyə enib
Xezerxeber.az xəbər verir ki, pərakəndə ticarət şəbəkələrində çörəyin qiymətində enmə müşahidə edilir. Bu,1 il ərzində çörəyin qiymətində artıq üçüncü enmədir.
Artıq bir neçə gündür ki, 650 qramlıq dairəvi zavod çörəyinin qiyməti 60 yox, 55 qəpiyə təklif edilir.
Bəzi sakinlər isə, çörəyi elə əvvəlki qiymətinə aldıqlarını bildirdilər.
Satıcılar bildirdilər ki, qiymət ucuzlaşması daha çox iri mağazalar şəbəkələrində müşahidə olunur.
İqtisadçı Xalid Kərimli isə bildirdi ki, dünya bazarında taxılın ucuzlaşması daxili bazara da birbaşa təsir edir.
Qeyd edək ki, keçən il, 1 kisəsi 40 manata satılan unun, bu il topdansatış qiyməti 26.40 manat - 28.50 manat aralığındadır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: