Soyuq havaya hazır olmayan avtomobillər çox vaxt qəza şəraitinin yaranmasına səbəb olur.
Xezerxeber.az xəbər verir ki, qış mövsümünün yaxınlaşması avtomobillərin bu fəsilə hazırlıq məsələsini gündəmə gətirir.
Avtomobil ustası Cavidan Muradxanlı qışa hazırlıqla bağlı sürücülərə bir neçə məsləhət verib. Usta bildirib ki, qışa hazırlıq xüsusilə payız mövsümündən başlamalıdır.
Avtomobilini Bakı şəhərində idarə edən sürücülərin fəsil dəyişikliyi ilə bağlı nəqliyyat vasitəsinin yağını dəyişməsinə ehtiyac yoxdur. Hansı yağdan istifadə olunursa, onunla da davam etməlidir. Lakin, soyuq iqlimə malik bölgələrdə sürücülər yağ dəyişikliyi edə bilərlər.
Usta Cavidan Muradxanlı deyir ki, avtomobildə diqqət ediləsi məqamlardan biri də soyutma sistemidir.
Usta deyir ki, əgər sürücülər bunlara diqqət etməsələr, qışda avtomobildə yaranan texniki nasazlıq səbəbindən qəza da baş verə bilər.
Bəzi sürücülər erkən tərpənib, qabağlayıcı tədbirlərini indidən görürlər.
Ustalar deyirlər ki, avtomobil yağıntılı havada sürüşməsin deyə onun təkərləri də yaxşı olmalıdır. Bu səbəbdən də qarlı havada sürücülərə qış təkərlərindən istifadə etmək məsləhət görülür.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: