41 yaşlı kişi avtomobildə qətlə yetirilib.
Xezerxeber.az xəbər verir ki, hadisə Şəkinin Aşağı Küngüt kəndində baş verib.
Ötən gün Şəki Rayon Mərkəzi xəstəxanasından Prokurorluğa 1 nəfər şəxsin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə məlumat daxil olub. Araşdırma zamanı müəyyən edilib ki, qətlə yetirilən şəxs Oğuz rayon sakini, 41 yaşlı Asif Həşimovdur. Onu qaynı, Aşağı Küngüt kənd sakini 35 yaşlı Cavid İsayevin aralarında yaranmış mübahisə zamanı öz avtomobilində bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Mərhumun yaxınları iddia ediblər ki, hadisə baş verməzdən bir müddət əvvəl Cavid İsayev Asif Həşimovun yaşadığı evə gedib və onların arasında mübahisə yaranıb.
Hadisədən sonra Cavid İsayev istintaqa könüllü təslim olub və şübhəli şəxs qismində saxlanıb. Faktla bağlı cinayət işi başlanıb,istintaq aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: