Xəzər Xəbər

ABA sədrindən kredit faizləri ilə bağlı MÜHÜM AÇIQLAMA VİDEO

Veb TV | 21:15 • 27 Oktyabr 2023
ABA sədrindən kredit faizləri ilə bağlı MÜHÜM AÇIQLAMA

Kredit faizləri aşağı enə bilər. Bunu Azərbaycan Banklar Assosasiyasının prezidenti Zakir Nuriyev bildirib.

Xezerxeber.az xəbər verir ki, onun sözlərinə görə, hazırda digər ölkələrlə müqayisədə kredit faziləri yüksək deyil. Amma, gələcəkdə bu məsələyə yenidən baxılması nəzərdə tutulur.

Kredit faizləri ilə bərabər banklara qoyulan əmanət faizləri ilə də bağlı yeni addımlar atılır.

Hazırda banklarda qorunan əmanətlərin faiz dərəcəsinin aşağı olması bu sahəyə marağı müəyyən qədər azaldıb. Amma, görüləcək tədbirlərlə bu sahədə ciddi irəliləyişlər hədəflənir.

Zakir Nuriyev bildirib ki, problemli kreditlərdə artım yoxdur. O da qeyd edilib ki, bank sektorunda 12 milyondan kart mövcuddur.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti