Xəzər Xəbər

Qəzaların çoxu sürücülərin telefondan istifadəsinə görə BAŞ VERİR VİDEO

Veb TV | 11:04 • 27 Oktyabr 2023
Qəzaların çoxu sürücülərin telefondan istifadəsinə görə BAŞ VERİR

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

Xezerxeber.az-ın İdarəyə istinadən xəbərinə görə, müraciətdə bildirilib ki, son vaxtlar qeydə alınan yol-nəqliyyat hadisələrinin əksəriyyəti sürücülərin sükan​ arxasında diqqəti yayındıran hərəkətlərə, xüsusilə mobil telefondan istifadəyə meyl etmələri səbəbindən baş verir.

DYP-nin müraciətində qeyd edilib ki, sükan arxasında ani bir diqqətsizlik isə sürücünü mənzil başına yox, özünün və doğmalarının arzulamadığı ünvana apara bilər.

Qurum bununla bağlı videoçarx hazırlayıb.

Xəbər lenti

Çox oxunanlar