Sahədə traktorla işləyən şəxslər minaya düşüb.
Xezerxeber.az xəbər verir ki, səhər saatlarında Tərtər rayonu Talış kəndi ərazisində əkinçilik təsərrüfatında çalışan traktorçu 53 yaşlı Elçin Nurəliyevin minaya düşməsi barədə polisə məlumat daxil olub. DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, vətəndaş ərazidən çıxarılaraq xəstəxanaya çatdırılıb. Aldığı xəsarətlər nəticəsində onun bir qolu amputasiya edilib. Onunla bir yerdə olan daha bir şəxsin vəziyyəti isə yüngül olub.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb. Hazırda faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.
Azərbaycan Minatəmizləmə Agentliyi partlayışla bağlı yaydığı məlumatda bildirilir ki, bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, məsuliyyətli davranmağa, tələb olunan qaydalara riayət etməyə çağırırıq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: