Xəzər Xəbər

Qadın qətlində "öndə olan" BÖLGƏLƏR VİDEO

Veb TV | 21:41 • 25 Oktyabr 2023
Qadın qətlində "öndə olan" BÖLGƏLƏR

2021-ci illə müqayisədə keçən il qısqanclıq zəminində qadınlara qarşı törədilmiş ölümlə nəticələnən cinayətlərin sayı artıb.

Xezerxeber.az-ın xəbərinə görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsinin Hüququ Təminat şöbəsinin baş məsləhətçisi Tural Hüseynzadənin sözlərinə görə ötən il bu rəqəm 51, 2021-ci ildə isə 46 olub. Cinayəti törədənlər  qadınların keçmiş həyat yoldaşları, qeyri-qanuni nikahda yaşadıqları kişilər və yaxın qohumları olur.

Baş məsləhətçi cinayət hadisələrinin daha çox hansı ərazidə baş verdiyinə diqqət çəkib.

Tural Hüseynzadə qeyd edib ki, ötən il 12 iqtisadi rayonu üzrə 269 erkən evliliyin qarşısı alınıb. belə faktlar daha çox Qazax-Tovuz və Lənkəran-Astara zonasının payına düşür.

Mütəxəssis qeyd edib ki, nikah yaşının 1 il azaldılması ilə bağlı daxil olan məlumatlar araşdırılıb. Üzrlü səbəblər müəyyən edildikdən sonra 271 yetkinlik yaşına çatmayan şəxsə icra orqanları tərəfindən nikaha icazə verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti