Gəncədə 2 azyaşlı küçəyə atılıb.
Xezerxeber.az-ın xəbərinə görə, iddia edilir ki, onları nənələri ŞİH-nin binasının qarşısına gətirib, daha sonra ərazini tərk edib. Məsələyə dərhal reaksiya verilib və azyaşılılar xəstəxanaya yerləşdiriliblər.
Azyaşlıların nənəsi Mehriban Cəlilova deyir ki, bu addımı məqsədli və düşünülmüş şəkildə atıb. O, uşaqlara artıq baxa bilmədiyini iddia edir.
Məsələ ilə bağlı, Gəncə ŞİH-dən bildilib ki, Cəlilova Mehriban Ramiz qızı qəyyumu olduğu 2 yaşlı oğlan və üç aylıq qız nəvəsinə qayğı göstərə bilmədiyini əsas gətirərək, onların dövlət müəssisəsinə yerləşdirilməsini istəyib. Mehriban Cəlilova qızının pis vərdişlərə aludə olduğunu iddia edib.
Məsələ ilə bağlı Polis tərəfindən müvafiq araşdırmalara başlanıb.
Yaxın günlərdə uşaqların qanunamüvafiq qaydada dövlət müəssisəsinə yerləşdirilməsi təmin olunacaq. Məsələ artıq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən tam nəzarətə götürülüb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: