Həm Ermənistanı silahlandırır, həm də İrəvanda daimi hərbi atteşenin təyinatına hazırlaşır.
Xezerxeber.az-ın xəbərinə görə, politoloq Elçin Alıoğlu deyir ki, Fransanın qarşısına qoyduğu məqsəd Ermənistanı silahlandırmaq və burada yeni münaqişə ocağı yaratmaqdır. Rəsmi Paris düşünür ki, bununla nəyəsə nail ola bilər. Bu da qeyri mümkün məsələdir. Çünki Ermənistan ordusunun qalıqlarını ən son hərbi texnika ilə təmin etməklə iş bitmir. Onların bu texnikaların xüsusiyyətlərini, idarəetmə sistemini mənimsəməsinə də vaxt və peşəkarlıq lazımdır.
Politoloqun sözlərinə görə, Fransanın İrəvanda daimi hərbi atteşenin təyinatına hazırlaşması, neomüstəmləçilik siyasətini Qafqaza gətirmyə çalışması heç də uğurlu addım deyil. Hətta bütün baş verənlərə nəzər salsaq, demək olar ki, Emmanuel Makron Fransa tarixində ən uğursuz rəhbərdir. Bu səbəbdən də atdığı və atmağa çalışdığı hər bir addım fiasko ilə nəticələnir.
Dırnaqarası gücünə güc qatmaq istəyən Fransa indi də Hollandiyanı yanına çəkməyə çalışır. Hollandiyanı da Ermənistana hərbi dəstək göstərməyə çağırması bunun bariz nümunəsidir.
Afrikadan qovulan, Cənubi Qafqaza isə silah satacağı, ümumilikdə möhkəmlənə biləcəyi region kimi baxan Fransa qəbul etməlidir ki, Azərbaycan bu kimi ölkələrin regionda yeni münaqişə ocaqları yaratmasına imkan verməz.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: