Bakıda keçmiş məhkum qonaq getdiyi evdə öldürülüb.
Xezerxeber.az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib.
İlkin məlumata görə, öldürülən şəxs- Araz Həsənov tanışı gilə qonaq gedib. O, elə həmin mənzildə öldürülüb.
Araz Həsənov qətlə yetirildikdən sonra meyiti binanın blokunun zirzəmi pilləkənlərində gizlədilib.
Hadisə yerinə polis və prokurorluq orqanlarının əməkdaşları gəlib. Araşdırma zamanı 51 yaşlı Araz Həsənovun kəsilmiş-deşilmiş xəsarətlərdən öldüyü müəyyən edilib.
Polis əməkdaşları dərhal cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlərə başlayıb. Cinayət əməlini törətməkdə şübhəli bilinən 60 yaşlı Səyavuş Abbasov müəyyən olunaraq saxlanılıb Hadisə ilə bağlı Nəsimi rayon Prokurorluğu da məlumat yayıb.
Bildirilib ki, faktla bağlı cinayət işi başlanıb. Hazırda ibtidai istintaq davam edir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: