Xəzər Xəbər

Abşeron rayonu ərazisində antisanitariya hökm sürür VİDEO

Veb TV | 22:18 • 24 Oktyabr 2023
Abşeron rayonu ərazisində antisanitariya hökm sürür

Abşeron rayonu, Hökməli qəsəbəsi, “Mexkalon” yaşayış massivində antisanitariya hökm sürür.

Xezerxeber.az-ın məlumatına görə, məişət tullantıları ərazidə xoşagəlməz vəziyyət yaradıb.

Sakinlər iddia edirlər ki, illərdir burdakı məişət tullantılarını daşınmaq əvəzinə gecələr od vurularaq yandırırlır.

Ərazisindəki zibillər vaxtında danışmadığıdan ətraf üfunət qoxur. Yüzlərlə sakinin yaşadığı qəsəbədə cəmi iki ədəd zibil qabının olduğu bildirilir.

Qəsəbə ərazisinə təkcə məişət tullantılarını deyil, qum, çınqıl, daş və köhnə tikinti materialları da atılır.

Abşeron rayon,  4 saylı Mənzil İstismar İdarəsinin rəisi Solmaz İsmayılova şifahi olaraq bildiridi ki, ərazidə yaşayan vətəndaşlar edilən xəbərdarlıqlara baxmayaraq, yaşadıqları həyətlərdən kəsilmiş ağac və budaqları, istifadəyə yararsız mebel və məişət əşyalarını tullantılar üçün nəzərdə tutulan qablara, o cümlədən konteynerlərə yerləşmədiyi üçün kənarlara ataraq yandırırlar.

Bu kimi neqativ hallara görə  aidiyyəti qurumlara dəfələrlə xəbərdarlıq edilib.

Məişət tullantıları isə vaxtında növbəli şəkildə daşınır.

Abşeron rayonu, Abadlıq və Kommunal Xidmətlər İdarəsindən isə “Xəzər Xəbər”in sorğusuna cavab olaraq bildirdi ki, zibil qablarının alınması üçün maliyyə vəsaiti yoxdur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti