Sosial şəbəkələrdə Xankəndiyə və Qarabağın digər yaşayış məntəqələrinə ölkəmizin müxtəlif ərazilərdə qeydiyyatda olan və faktiki yaşayan vətəndaşların da köçürülməsinin mümkünlüyü barədə məlumatlar yayılır.
Xezerxeber.az-ın məlumatına görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat katibi İbrahim Mirzəyev bildirib ki, Dövlət Komitəsi adından paylaşılan informasiyalar doğru deyil.
O əlavə edib ki, Dövlət Komitəsi yalnız məcburi köçkün vətəndaşların əvvəlki yaşayış yerinə qayıdışı məsələsi ilə məşğul olur və Böyük Qayıdış proqramı çərçivəsində hazırda bərpa edilən, yenidən tikilən yaşayış məntəqələrinə sakinlərin köçürülməsi aparılır.
İbrahim Mirzəyev Böyük Qayıdış proqramı çərçivəsində indiyək köçürülən ailələrə diqqət çəkib.
Qurumun mətbuat katibi həmçinin məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdə olan mənzillərlə bağlı məsələyə də aydınlıq gətirib.
Qeyd edib ki, hazırda bununla bağlı qərar qəbul edilməyib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: