Xəzər Xəbər

Azərbaycana qənim kəsilən senatorun erməni arvadı CİNAYƏTDƏN NECƏ YAYINA BİLİB? VİDEO

Veb TV | 21:30 • 5 Oktyabr 2023
Azərbaycana qənim kəsilən senatorun erməni arvadı CİNAYƏTDƏN NECƏ YAYINA BİLİB?

Korrupsioner senatorun Robert Menendezin həyat yoldaşı Livan ermənisi Nadin Arslanyanın törətdiyi yol qəzasının görüntüləri yayılıb.

Xezerxeber.az xəbər verir ki, hadisə 2018-ci ildə Nyu Cersi ştatında baş verib.

Qadın hadisə yerinə gələn polislərə günahsız olduğunu, yola çıxan pıyadanı görmədiyini deyir. Polis də onun "günahsız" olduğu qənaətinə gəlib, qadına qarşı ittiham irəli sürülməyıb. "Həmin axşam baş verənlər barədə uzun illər xəbər verilməyib. 49 yaşlı mərhum Riçard Koopun ailəsi hadisənin qəsdən gizlədildiyini hesab edir.

“Bəzi faktlar isə bu cinayətin polis tərəfindən ört-basdır edildiyini deməyə əsas verir",- deyə Vaşinqton Times yazır.

Məlumata görə, Nadin Arslanyan qəzadan sonra narkotik və ya spirtli içki müayinəsindən də keçirilməyib.

İndi ortaya çıxan bu qəza xəbəri Amerika siyasətini çalxalayan rüşvət qalmaqalına da yeni ölçü verir. Korrupsioner senatorla bağlı da yeni suallar doğurur.. Eməni qadınla evləndikdən sonra özünü ermənilərdən daha çox erməni hiss edən senatorla bağlı... Bizdə bir deyim var, soruşurlar haralısan, kişinin cavabı belə olur: hələ evlənməmişəm.

İndi bu Mennedezin də erməni qadınla evlənəndən sonra təkcə ailə satusu dəyişməyib. Adam Azərbaycan və Türkiyəyə düşmən kəsilib. ABŞ senatında Azərbaycana qarşı dinləmələr təşkil edib. Hələ keçən il Türkiyənin silahlı PUA proqramının izlənməsini, Azərbaycana yardımların kəsilməsinə mane olan güzəştin aradan qaldırılmasını nəzərdə tutan iki sənəd təqdim etmişdi. Amma nə onu çirkli pullarla doyuzduran erməni lobbisinin fəaliyyəti, nə də senatorun anti-azərbaycan canfəşanlığı işə yaradı. Bütün bu qanunsuz əməllərinə görə, Senator da onun erməni arvadı da hakim qarşısında cavab verəcək. Həm erməni lobbisi, həm də xam xəyallarda olan bütün ermənilərin ən böyük cəzasını isə bu gün Azərbaycan oğulları verir. Ən ədalətli məhkəmə qərarı da elə Bakıda çıxarılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar