Xəzər Xəbər

Ermənistan Azərbaycan ərazilərində narkotikdən xeyli PUL QAZANIB VİDEO

Veb TV | 21:25 • 5 Oktyabr 2023
Ermənistan Azərbaycan ərazilərində narkotikdən xeyli PUL QAZANIB

Ermənistan 90-cı illərin sonlarından başlayaraq işğal altında saxladıqları ərazilərdən narkortanzit kimi açıq şəkildə istifadə edib. Həmin dövrlərdə işğal altındakı Azərbaycan ərazilərində narkotik maddələrin əkilib-becərilməsi və satışı gəlirli biznes sahəsinə çevrilmişdi.

Xezerxeber.az xəbər verir ki, 44 günlük Vətən müharibəsində zəfər qazanan Azərbaycan işğaldan azad etdiyi ərazilərini tərk etmək üçün erməni separatçılarına vaxt verdi. Buna baxmayaraq hay tör-töküntüləri ölkəmizin humanistliyindən istifadə edərək cinayət əməllərindən əl çəkmədilər. Ötən üç il ərzində yenə də Qarabağın müxtəlif ərazilərində narkotik bitkilərin əkib-becərilməsini həyata keçirdilər.

Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində narkotik vasitələri yetişdirməsi haqqında Prezident İlham Əliyev dəfələrlə beynəlxalq təşkilatlara məlumat verib, bu faktlarla diqqət çəkib. Elə Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında da bildirib ki, təqribən, 30 il ərzində Ermənistan İran ilə əlbir olaraq Azərbaycanın keçmiş işğal altındakı ərazilərindən Avropaya narkotik vasitələrin daşınması üçün istifadə edib.

19 sentyabrda ermənilər yenidən Azərbaycana qarşı təxribatlar törətdi. Bunun ardından həyata keçirilən bir günlük lokal antiterror tədbirləri nəticəsində də suverenliyimiz tam təmin olundu. Aparılan araşdırmalar nəticəsində isə məlum oldu ki, ermənilər Xocalı rayonu ərazisində 100 hektardan artıq sahədə narkotik plantasiyası salıblar. Mütəxəssislərin verdiyi rəyə görə, bu ərazilərdə narkotik vasitələrin yetişdirilməsi işi aparılıb, xüsusilə çətənə bitkisinin kultivasiya yolu ilə əkilib-becərilməsi təşkil olunub.

Vaxtilə Ermənistan hakimiyyəti məsələ ilə bağlı Azərbaycan tərəfininin yalan iddia irəli sürdüyünü bəyan etsə də, bu gün aşkarlanan faktlar məsələnin reallığından xəbər verir. Bu gün bölgədə narkotik plantasiyasının aşkarlanması onu deməyə əsas verir ki, işğal altında olduğu 30 il ərzində bu əraziləridə narkotiklərin əkilib-becərilməsi işi geniş şəkildə təşkil edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar