Xəzər Xəbər

Qanlı Ay tutulmasından sonra Arayikin TUTULMASI VİDEO

Veb TV | 21:10 • 5 Oktyabr 2023
Qanlı Ay tutulmasından sonra Arayikin TUTULMASI

Qanlı Ay tutulması 152 ildən bir baş verir. Bu gün isə biz Qanlı Arayikin tutulması hadisəsinə şahidlik etdik. Beləcə ədalət Günəşi Ayın qarşısını kəsdi. Özü də biz bu hadisəyə Bakıda keçirilən Astronavtika Konqresi zamanı şahidlik etdik.

Azərbaycan hakimiyyəti dırnaq arasında yaşayan Arutunyana dırnaqlarını tutması üçün vaxt vermişdi. Amma dikbaş Arayik təzim günü haqqında düşünmək istəmədi. Cütdırnaqlı təfəkkürü ilə hərəkət edən Harutunyan əlini qana batırdı. Ortada bir qucaq cinayət, bir qalaq xarabalıq qaldı.

Bu boyunu xatırlayırsınızsa, bu, Gəncənin vurulması cinayətini boynuna alan boyundu. Başqa ölkə olsaydı Arayikin boynuna əl deyil, sabunlu kəndir dəyərdi. Amma, biz Arayiki kətilə çıxarmırıq, sadəcə otuzdurub, sual veririk. Şuşada and içən qaniçənin məqsədi qondarma ölkə və onun qanunlarını yazmaq idi. İndi isə Araik Azərbaycan qanunlarının tələbi ilə kürsüyə, müttəhim kürsüsünə gələcək. Müəlllimlər günündə dərsini alan təkcə Harutunyan deyil. Onun sağ və sol dışları da cinayət məcəlləmizi maddə-maddə öyrənəcəklər. Bu gün16 yaşını tamamlamış Xəzər televiziyasına unudulmaz 17-ci anı Dövlətimiz yaşatdı.

Arayikin tutulması Xəzərdən baxanda daha yaxşı görünür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar