Xəzər Xəbər

"Xəzri-2023" birgə taktiki təlimi davam etdirilir VİDEO

Veb TV | 15:19 • 5 Oktyabr 2023
"Xəzri-2023" birgə taktiki təlimi davam etdirilir

Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının, eləcə də müşahidəçi qismində İran İslam Respublikasının HDQ-nin nümayəndə heyətinin iştirakı ilə ölkəmizdə keçirilən “Xəzri-2023” birgə taktiki təlimində növbəti epizodlar üzrə fəaliyyətlər məşq etdirilir.

Xezerxeber.az Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, məşqlərdə terror qruplaşmaları tərəfindən zəbt edilmiş adanın dəniz xüsusi təyinatlı və dəniz piyada bölmələri tərəfindən azad edilməsi üzrə tapşırıqlar yerinə yetirilib.
Azərbaycan və Qazaxıstan HDQ-nin hərbi qulluqçuları keçirilən məşqlərdə verilən tapşırıqların icra edilməsində yüksək peşəkarlıq nümayiş etdiriblər.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar