Xəzər Xəbər

Ömrün Xoşbəxt hekayəsi... VİDEO

Veb TV | 20:05 • 4 Oktyabr 2023
Ömrün Xoşbəxt hekayəsi...

Ömrü-günü dənizdə keçdi Xoşbəxt Yusifzadənin. Xəzər ona doğmaları qədər əziz idi. Onun həyatı da eynən dəniz kimi bəzən təlatümlü, bəzən də sakit oldu. Ömür yolunu sevdiyi və bağlandığı işinə  həsr edərək böyük həyat hekayəsini yaratdı. Özünün təbirincə desək, ötən əsrin barıt qoxulu 40-cı illərinin çörək talonları ilə böyüdü, 50-ci illərdə isə əmək cəbhəsində fəalliyyətə başladı. Onun həyatı digər nəsillər üçün əsl örnək oldu.

Ötən gün isə tanrıdan ona yazılan ömür  payı bitdi. Neftçi-alim Xoşbəxt Yusifzadə ilə vida mərasimi Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binasında təşkil olundu.

"Quyuların istirahət günü olmur" deyən neft sənayesinin əfsanəsi Xoşbəxt Yusifzadə ilə vida mərasimində Baş nazir Əli Əsədov və digər rəsmilər də iştirak ediblər. Bildirilib ki, əmək fəaliyyətinə SSRİ Neft Sənayesi Nazirliyinin Layihə İnstitutunun Bakı filialında başlayan Xoşbəxt Yusifzadə SOCAR-ın birinci vitse-prezidenti vəzifəsinədək yüksəlib. O, dünya miqyasında tanınmış mütəxəssis olmaqla bərabər, 200-dən çox elmi əsərin, o cümlədən 18 monoqrafiyanın, 8 ixtiranın müəllifidir. Onun bilavasitə iştirakı və rəhbərliyi ilə Azərbaycanda 20-dən artıq neft və qaz-kondensat yatağı kəşf edilib.

Yaxınları da bildiriblər ki, Xoşbəxt Yusifzadə həyatını Xəzərsiz təsəvvür etmirdi.

Mərhumun nəşi Fəxri xiyabanda torpağa tapşırılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Rubrikanın digər xəbərləri

Xəbər lenti