Xəzər Xəbər

Rəsmi Moskva Qarabağdakı separatçıların həbsinə münasibət bildirdi VİDEO

Veb TV | 21:12 • 4 Oktyabr 2023
Rəsmi Moskva Qarabağdakı separatçıların həbsinə münasibət bildirdi

Rusiya sülhməramlılarının Qarabağda qalma müddəti Bakı ilə təmasda müəyyən ediləcək.

Xezerxeber.az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O həmçinin qeyd edib ki, Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına doğru irəliləmək üçün Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsində mühüm potensial görür.

Nazirlik sözçüsü Azərbaycanın Qarabağdakı qondarma rejimin “keçmiş liderləri” Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan və Ruben Vardanyanın həbs etməsinə də münasibət bildirib. Zaxarova erməni jurnalistin separatçıların “liderləri”nin və Vardanyanın geri qaytarılması üçün Moskvanın bu məsələ ilə bağlı hansısa tədbir görüb-görməyəcəyinə dair sualına cavabında adıçəkilən şəxslərin Ermənistan vətəndaşı olduğunu söyləyib. Zaxarova onlardan birinin - Ruben Vardanyanın Rusiya vətəndaşı olduğunu, daha sonra isə vətəndaşlıqdan imtina etdiyini xatırladıb.

Rusiya Xarici İşlər Nazirliyi həmçinin Azərbaycanın Qranada görüşündə iştirakdan imtina etməsinə də münasibət bildirib. Mariya Zaxarova Azərbaycanın Avropa İttifaqı ölkələri və Ermənistanın iştirakı ilə planlaşdırılan görüşdən imtina etməsini rəsmi Bakının suveren hüququ olduğunu söyləyib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar