Xəzər Xəbər

Fransanın Cənubi Qafqaz siyasəti iflasa məhkumdur VİDEO

Veb TV | 20:39 • 4 Oktyabr 2023
Fransanın Cənubi Qafqaz siyasəti iflasa məhkumdur

''Fransanın Ermənistanı silahlandırmağa çalışması qəbuledilməzdir''.

Bu sözlər Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonnanın Azərbaycana qarşı əsassız iddilarına cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında yer alıb.

Xezerxeber.az-ın məlumatına görə, dünən Ermənistana  səfər edən xanım nazir yenə gözünü yumub, ağzını açıb.

30 ildir ki, yurd - yuvalarından didərgin salınan azərbaycanlılara, kütləvi qırğınlara kor olan Fransa indi bölgədən könüllü şəkildə gedən erməni sakinlərin zorla köçkün düşdüyüni iddia edir.

Azərbaycan XIN-in sözçüsü Ayxan hacızadə bildirib ki, Fransa hər zaman Ermənistana dəstək verib. Onun sözlərinə görə, Fransanın son 30 ilə yaxın dönəmdə səsləndirdiyi bitərəf və neytral vasitəçi iddiaları da tamamilə əsassızdır.

Azərbaycanın həyata keçirdiyi antiterror tədbirlərinin dinc erməni sakinlərə qarşı heç bir təhdid təşkil etmədiyini həm beynəlxalq təşkilatlar, həm də Ermənistanın baş naziri tərəfindən bəyan edilməsinə baxmayaraq, fransalı nazirin Azərbaycanın öz suveren ərazilərində atdığı legitim addımı cinayət adlandırması saxtakarlıq olmaqla yanaşı, Fransanın bölgədəki səriştəsiz siyasətini iflasa apardığını nümayiş etdirir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar