Xəzər Xəbər

Cəbrayılda geniş tikinti - quruculuq işləri aparılır VİDEO

Veb TV | 20:56 • 4 Oktyabr 2023
Cəbrayılda geniş tikinti - quruculuq işləri aparılır

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 3 il ötür.

Xezerxeber.az-ın məlumatına görə, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə oktyabrın 4-də Cəbrayıl şəhəri erməni işğalından azad edilib.

Artıq 3 ildir ki, Cəbrayılda üçrəngli şanlı bayrağımız dalğalanır.

27 il erməni vandalizmi altında qalan Cəbrayıl indi öz dirçəliş dövrünü yaşayır. Şəhərdə böyük abadlıq və quruculuq işləri sürətlə həyata keçirilir. Vətən müharibəsində parlaq qələbədən sonra bir neçə dəfə Cəbrayıla səfər edən Prezident İlham Əliyev burada bir sıra müəssisələrin açılışlarında iştirak edib. Sonuncu dəfə bu ilin sentyabrın 28-də dövlət başçısı Cəbrayıl şəhərində inzibati binanın təməlini qoyub.

Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin  İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ilhamiyyə Rzayeva bildirib ki, Nazirlər Kabinetinin təsdiq etdiyi Baş plana uyğun olaraq, Cəbrayılda  tikinti-quruculuq işləri geniş vüsət alıb. Yeni baş plana əsasən, 2040-cı ilə kimi  məcburi köçkünlərin Cəbrayıl şəhərinə  qayıdışı və məskunlaşması  təmin olunacaq.

Şöbə müdiri əlavə edib ki, baş planda hər yaşayış məntəqəsinin özünəməxsusluğu nəzərə alınır.

Cəbrayılda yerləşən kəhrizlərin qiymətləndirilməsi və bərpası istiqamətində də işlər görülür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar