Xəzər Xəbər

Fransa Ermənistanı silahlandıraraq müharibəyə hazırlamaq istəyir... VİDEO

Veb TV | 20:55 • 3 Oktyabr 2023
Fransa Ermənistanı silahlandıraraq müharibəyə hazırlamaq istəyir...

Fransa Ermənistanı silahlandırmaq,onu yeni müharibəyə hazırlamaq niyyətindədir.

Xezerxeber.az-ın xəbərinə görə, millət vəkili Razi Nurullayev deyir ki, 30 illik işğal dövründə  də fransa ATƏT-in Minsk Qrupu kimi Qarabağ  münaqişəsinin həllinə daim maneiəçilik göstərib.

Fransa rəsmilərinin vaxtaşırı Ermənistana səfər etməsi artıq  ənənə halını alıb. Demək olarki, Fransız sayağı sevginin əsas proiritetinə çevrilib.  Rəsmi Paris erməni separatizmini dəstəkləməklə, Ermənistanın siyasi rəhbərliyindən daha çox çalışıb. 

Fransa və bəzi digər qərb dairələri Ermənistanı Rusiya ilə mübarizənin növbəti cəbhəsinə çevirməyə çalışırlar. Rusiyanın Ermənistanda hərbi mövcudluğuna alternativ olaraq Fransanın da bu ölkədə hərbi mövcudluğuna nail olmaq istəyirlər. Bu isə, müstəqilliyi onsuz da formal xarakter daşıyan bir ölkəyə yaxşı heç nə vəd etmir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar