Xəzər Xəbər

Kəlbəcərə gedən ən əlverişli yol yenidən istifadəyə VERİLƏ BİLƏR VİDEO

Veb TV | 21:17 • 3 Oktyabr 2023
Kəlbəcərə gedən ən əlverişli yol yenidən istifadəyə VERİLƏ BİLƏR

1991-ci ildə Ermənistan tərəfindən bağlanan tərtər-kəlbəcər yolu yaxın günlərdə işlək vəziyyətə gətirilə bilər.

Xezerxeber.az-ın xəbərinə görə, nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, keçmiş Ağdərə rayonun separatçılardan təmizlənməsi ilə kəlbəcərə gedən yeganə əlverişli yolda gediş-gəliş bərpa olunacaq.

Ekspertin sözlərinə görə, tərtərdən yolun kəlbəcərə qədər olan uzunluğu təxminən 95 kilometrdir. Sözügedən yol respublika əhəmiyyətli yollardan biri hesab olunur. Tərtər-kəlbəcər yolu ilə hətta rayonun istisu qəsəbəsinə qədər getmək mümkündür.

Ərşad Hüseynov qeyd edib ki, hazırda Kəlbəcərə tikinti materiallarının və digər yüklərin daşınması bir qədər çətin başa gəlir. Ekspert deyir ki, bəzən ağır yük avtomobillərlə ömər aşrımını keçmək mümkünsüz olur. 

Ekspert əlavə edib ki, həm tunellər vasitəsilə Gəncə-Kəlbəcər yolunun, həm də Laçın-Kəlbəcər yolunun tikintisi bölgənin inkişafında mühüm rol oynayacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar