Xəzər Xəbər

Bu rayonların əraziləri Sumqayıta VERİLƏCƏK VİDEO

Veb TV | 21:45 • 3 Oktyabr 2023
Bu rayonların əraziləri Sumqayıta VERİLƏCƏK

Binəqədi və Abşeron rayonlarından 4 min hektara yaxın torpaq sahələri Sumqayıt şəhərinə veriləcək.

Xezerxeber.az xəbər verir ki, bu Milli Məclisin Regional məsələlər komitəsində müzakirəyə çıxarılan "Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında" qanun layihəsində əksini tapıb.

Sözügedən komitənin üzvü, millət vəkili Emin Hacıyev bildirib ki, qanun layihəsi adıçəkilən rayonların sosial iqtisadi inkişafına müsbət təsir göstərəcək.

Onun sözlərinə görə, layihəyə əsasən, Binəqədi və Abşeron rayonları, eləcə də Sumqayıt şəhərinin sərhədləri yenidən müəyyənləşəcək.

Millət vəkili qeyd edib ki, Sumqayıtın sənaye potensialının artması şəhər ərazisinin genişləndirilməsini zəruri edir. Emin Hacıyev bildirib ki, Abşeron və Binəqədi rayonlarında əsasən təyinatı üzrə  istifadə olunmayan torpaq sahələri şəhərin inzibati ərazisinə daxil ediləcək. Bununla həm də Sumqayıt şəhərində yeni müəssisələrin tikintisinə şərait yaradılacaq.

Emin Hacıyev əlavə edib ki, Abşeron, Binəqədi və Sumqayıt arasında yeni sərhədlər müəyyən olunduqdan sonra həmin torpaqlardan təyinatı üzrə istifadə olunacaq və qanunsuz tiklilərin qarşısı alınacaq.

Qeyd edək ki, qanun layihəsi milli məclisin plenar iclasına tövsiyə olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar